Avropa Gənclər Forumunun baş katibi sabah Azərbaycana işgüzar səfərə gələcək

Avropa Gənclər Forumunun baş katibi sabah Azərbaycana işgüzar səfərə gələcək
# 10 yanvar 2007 11:48 (UTC +04:00)
Avropa Gənclər Forumunun (AGF) baş katibi Dieqo Pinto sabah Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə APA-ya Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində AGF-nin baş katibi gənclər və idman naziri Azad Rəhimov, Milli Məclis rəhbərliyi və gənclər təşkilatlarının təmsilçiləri ilə görüşəcək. Keçiriləcək görüşlərdə Azərbaycan gənclərinin durumu, onların Avropaya inteqrasiyası və digər məsələlər müzakirə olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR