Azərbaycan Nazirlər Kabineti “İstiqlal” abidəsinin Dağüstü parkda ucaldılmasını təklif edib

Azərbaycan Nazirlər Kabineti “İstiqlal” abidəsinin Dağüstü parkda ucaldılmasını təklif edib
# 10 yanvar 2007 12:01 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verilib. A.Əli bildirib ki, təkliflər zərfində “İstiqlal” abidəsinin Dağüstü parkda ucaldılması və eyni adlı muzeyin həmin ərazidə inşa olunması tövsiyə edilir: “Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı dekabrın 19-da imzaladığı sərəncamda Nazirlər Kabinetinə təkliflərin təqdim olunması üçün 15 gün vaxt verilmişdi. Nazirlər Kabineti də bu müddətdə müvafiq qurum və təşkilatların rəhbərlərini bir araya yığaraq geniş müşavirə keçirib. Müşavirədə bir sıra təklif müzakirə olunub. Çoxluğun rəyi əsasında “İstiqlal” abidəsinin Dağüstü parkda ucaldılması və eyni adlı muzeyin həmin ərazidə inşa olunması məqsədəuyğun hesab edilib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR