Təhsil Nazirliyi “Təhsil haqqında” qanun layihəsini 10 gün ərzində Milli Məclisə təqdim edəcək

Təhsil Nazirliyi “Təhsil haqqında” qanun layihəsini 10 gün ərzində Milli Məclisə təqdim edəcək
# 10 yanvar 2007 12:09 (UTC +04:00)
Təhsil Nazirliyi “Təhsil haqqında” qanun layihəsini 10 gün ərzində Milli Məclisə təqdim edəcək. APA-nın bildirdiyinə görə, bu barədə Misir Mərdanov bildirib. Onun sözlərinə görə, hazırda nazirlik layihənin son oxunuşunu davam etdirir: “Orada orfoqrafik səhvlər ola bilər, səhvləri düzəldib, parlamentin təhsil məsələləri daimi komissiyasına təqdim edəcəyik. Yəqin ki, layihə yaz sessiyasında müzakirəyə çıxarılacaq”.
Layihədə razılaşdırılmamış məqamlara gəlincə, nazir bildirib ki, hələlik bu günə qədər onları narazı salan məsələ olmayıb.
Qeyd edək ki, Milli Məclisinin təhsil məsələləri daimi komissiyası dekabrın 30-da layihə ilə tanış olmaq məqsədilə Təhsil Nazirliyinə təqdim edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR