Azadlıq və Ədalət partiyaları birləşirlər

Azadlıq və Ədalət partiyaları birləşirlər
# 30 yanvar 2007 12:22 (UTC +04:00)
Azadlıq Partiyası Ədalət Partiyası ilə birləşəcək. Birləşmə ilə bağlı Ədalət Partiyasına Azadlıq Partiyası müraciət edib. Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü APA-ya açıqlamasında birləşmə barəsində partiya rəhbərləri arasında danışıqların aparıldığını təsdiqləyib: “Ədalət Partiyasının qurultayına qədər bu birləşmə reallaşa bilər”. Azadlıq Partiyasının sədri Əhməd Oruc da APA-ya açıqlamasında partiyaların birləşməsinin müzakirə olunduğunu söyləyib: “Biz Ədalət Partiyası ilə müttəfiqik. Uzun müddət bir blokda təmsil olunmuşuq. Hazırda partiyaların birləşməsi barədə müzakirələr başlanıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR