Professor Ənvər Konukçu: “Dünyada ermənilərə aid bir dənə belə kütləvi məzarlıq yoxdur”

Professor Ənvər Konukçu: “Dünyada ermənilərə aid bir dənə belə kütləvi məzarlıq yoxdur”
# 24 aprel 2007 08:43 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda çıxış edən Ərzurum Atatürk Universitetinin professoru Ənvər Konukçu tarixdə ermənilərə qarşı soyqırımı həyata keçirildiyinə dair heç bir fakt olmadığını bəyan edib: “Ermənistanın xaricində ermənilərə aid bir dənə kütləvi məzarlıq yoxdur. Ermənistandakı soyqırımı da ermənilər bir-birinə qarşı həyata keçiriblər. Öz cinayətlərini ört-basdır etmək üçün qondarma soyqırımı iddialarını ortaya atırlar. Bu gün onlar yenə çığır-bağır salaraq 1,5 milyon erməni öldü iddiasını ortaya atacaqlar. ABŞ-da haraya getsəm, türklər bizə qarşı soyqırımı həyata keçirdi deyirlər. Deyirəm, sübut edin, bir nəfərin belə səsi çıxmır. Ermənilərə deyirəm ki, atalarınız Əlican sərhəd məntəqəsində yüzlərlə azərbaycanlını öldürərək Araz çayına atdı, niyə bundan danışmırsınız? Ermənilər bu sual qarşısında da susurlar. Ermənilər iddia edir ki, bu torpaqlar onlarındır. Sübut edin deyirəm, susurlar. Bu torpaqlarda urartular, iskitlər yaşayıblar. Bugünkü Ermənistan əsl türk yurdudur”. Ənvər Konukçu ermənilərin qəhrəmana çevirdiyi Andranikin əsl cinayətkar olduğunu deyib: “Şərqi Anadoluda türklərə qarşı soyqırımı həyata keçirən Andranik nə generaldır, nə də əsgər, o, əsl cinayətkardır. Ermənilər nə üçün onu qəhrəman hesab edirlər? Çünki, türkləri qətlə yetirib”. Konfransda çıxış edən Atatürk Universitetinin müəllimi, professor Ömər Ərdən, I Dünya Müharibəsində Erməni Zülmünün Qurbanları Dərnəyinin rəhbəri Cəfər Zor və başqaları qondarma “erməni soyqırımı” iddialarının əsassız olduğunu, əslində ermənilərin türklərə qarşı soyqırımı həyata keçirdiyini faktlarla sübuta yetiriblər. Konfransda İqdır valisi Saim Saffet Karahisarlı, İqdır bələdiyyə başqanı Nurəddin Aras, jandarma alay komandanı Osman Nuri Erkan, vali müavini Gökhan Gürbüzerol, İqdır təhsil müdiri Rəcəb Sezər və başqaları iştirak ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR