BAXCP üzvləri Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər

BAXCP üzvləri Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər
# 24 aprel 2007 09:16 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) üzvləri Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər. APA-nın məlumatına görə, BAXCP sədri Qüdrət Həsənquliyev partiya adından türk şəhidlərinin abidəsi önünə əklil qoyub. Bununla bağlı keçirilən mərasimdə isə Q. Həsənquliyev bildirib ki, BAXCP 24 aprelin Azərbaycanda türk əsgərinin anım günü kimi qeyd edilməsi ilə bağlı təkliflə çıxış edib. Onun sözlərinə görə, bununla Azərbaycan ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı daha bir addım atılmış olar. Bundan sonra, BAXCP üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR