Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Brüsselə yola düşür

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Brüsselə yola düşür
# 30 aprel 2007 11:47 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO və Avropa İttifaqı (Aİ) təmsilçiləri ilə görüşmək üçün sabah Brüsselə yola düşür. XİN mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, Brüsseldə “26+1” görüşü keçiriləcək, E. Məmmədyarov NATO-ya üzv 26 ölkənin təmsilçisi ilə məsləhətləşmələr aparacaq, Azərbaycanın bu qurumla əlaqələrinin bütün istiqamətləri müzakirə olunacaq.
E. Məmmədyarov Aİ Şurasının ümumi təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Havyer Solana və Aİ Avropa Komissiyasının beynəlxalq əlaqələr və genişlənmə üzrə komissarı Benita Ferrero Valdnerlə də danışıqlar aparacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR