Bahar Muradova: “Düşünmürəm ki, İltizam Əkbərli hansısa keyfiyyətinə görə Nəsib Nəsiblidən geri qalır”

Bahar Muradova: “Düşünmürəm ki, İltizam Əkbərli hansısa keyfiyyətinə görə Nəsib Nəsiblidən geri qalır”
# 07 may 2007 13:12 (UTC +04:00)
“Deputatların parlament nümayəndə heyətinin tərkibinə daxil edilməsi ilə bağlı məsələ Milli Məclis sədrinin səlahiyyətindədir. Müsavat deputat qrupunun Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin tərkibinə Nəsib Nəsiblinin adının salınmasını tələb etməsi gecikmiş addımdır. Artıq həmin qrupdan olan deputat İltizam Əkbərli nümayəndə heyətinin üzvüdür”. Bu açıqlamanı APA-ya Milli Məclisin sədr müavini Bahar Muradova verib. Vitse-spiker bildirib ki, Müsavat deputat qrupunun N. Nəsiblinin nümayəndə heyətinin tərkibinə daxil edilməsi ilə bağlı israr etməsi başa düşülən deyil: “Düşünmürəm ki, İltizam Əkbərli hansısa keyfiyyətinə görə Nəsib Nəsiblidən geri qalır. Hər halda bu, onların fikridir. Çox istərdim ki, Müsavat deputat qrupu da, digər siyasi partiyalar da onları parlamentdə təmsil edən millət vəkillərinə fərq qoymayıb, hamısına bərabər hörmət göstərsinlər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR