Heydər Əliyevin doğum günündə Dənizkənarı Milli Parkda Gül Bayramı keçiriləcək

Heydər Əliyevin doğum günündə Dənizkənarı Milli Parkda Gül Bayramı keçiriləcək
# 07 may 2007 14:09 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə əlaqədar Dənizkənarı Milli Parkda Gül Bayramı keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İH rəhbərliyi həmin gün saat 10:00-da Heydər Əliyev Sarayının qarşısında onun heykəli önünə əklil qoyacaqlar. Gül Bayramının rəsmi açılış mərasimi isə saat 11:00-da olacaq. Milli Parkda bayramla əlaqədar ekspozisiyalar nümayiş etdiriləcək. Bayramda gülləri təsvir edən stendlər, asfalt üzərində rəsm əsərləri, dibçək gülləri, müxtəlif tikmələr, nadir quşları nümayiş etdirən canlı guşələr olacaq. Gül bayramında xarici və yerli şirkətlərin nümayəndələri iştirak edəcək. Axşam saat 22:00-da açıq konsert proqramı, 24:00-da isə atəşfəşanlıq olacaq. İcra Hakimiyyəti Bakı sakinlərini və paytaxtın qonaqlarını gül bayramına dəvət edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR