Azərbaycan Daxili İşlər Nazirliyində yeni qurumlar yaradılacaq, bəzi qurumlar isə ləğv ediləcək

Azərbaycan Daxili İşlər Nazirliyində yeni qurumlar yaradılacaq, bəzi qurumlar isə ləğv ediləcək
# 30 iyun 2007 10:18 (UTC +04:00)
Nazir deyib ki, cinayətkarlığa qarşı mübarizədə operativliyi daha da artırmaq məqsədi ilə Daxili İşlər Orqanlarında islahatlar davam etdiriləcək, Daxili İşlər Nazirliyində yeni qurumlar yaradılacaq, lüzumsuz qurumlar isə ləğv ediləcək: “Azərbaycan polisində beynəlxalq təcrübə tətbiq edilir. Bu islahatlar elə aparılır ki, cinayətkarlığa qarşı mübarizədə yaxşı nəticələr versin. Bu gün Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında cinayətkarlığın ən aşağı səviyyədə olduğu dövlətlər sırasındadır”. Nazir bildirib ki, yaxın günlərdə Polis Akademiyasında yeni korpusların, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müasir xidməti binasının açılışı olacaq. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR