20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - FOTO - VİDEO

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - FOTO  - VİDEO
# 20 yanvar 2023 12:01 (UTC +04:00)

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

APA xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR