38 nəfər YAP sıralarından xaric olunub

38 nəfər YAP sıralarından xaric olunub
# 16 mart 2023 18:36 (UTC +04:00)

Müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə 38 nəfər Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric olunub.

YAP mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə qərar bu gün YAP İdarə Heyətinin videokonfrans formatında iclasında qəbul edilib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılıb. YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Amin İsmayılov, Rəşad Mahmudov, Mübariz Qurbanlı və Aynur Sofiyeva çıxış edərək məsələyə münasibət bildiriblər. 38 nəfərin müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR