ABŞ Azərbaycanda indiyə qədər minalarla mübarizəyə 32 milyon dollardan çox vəsait ayırıb

ABŞ Azərbaycanda indiyə qədər minalarla mübarizəyə 32 milyon dollardan çox vəsait ayırıb
# 29 yanvar 2023 13:32 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr Ofisinin direktoru Mark Kemeron Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov ilə ABŞ-nin Minalar Məsləhətçi Qrupu (MAG) tərəfindən həyata keçirilən humanitar minalarla mübarizə yardımını müzakirə etmək üçün görüşüb.

APA xəbər verir ki, Birləşmiş Ştatlar ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsi üzrə Azərbaycanla tərəfdaşlığını davam etdirməyi öhdəsinə götürüb. 1999-cu ildən bəri ABŞ Azərbaycanda humanitar minalarla mübarizə üçün 32,2 milyon dollardan çox vəsait ayırıb. Bu səylər Azərbaycanda insan təhlükəsizliyinin və regionda sülhün möhkəmləndirilməsinə mühüm rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR