Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb - FOTO

Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb - FOTO
# 25 iyul 2022 08:20 (UTC +04:00)

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.

APA xəbər verir ki, bu gün Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb.

Daha 11 ailə - 55 nəfər Ağalıda daimi məskunlaşacaqlar.

Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb.

Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR