Ağalıya növbəti köç martın 3-də olacaq

Aqil Qurbanov

© APA | Aqil Qurbanov

# 28 fevral 2023 17:36 (UTC +04:00)

“Bu gün Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç baş tutub. Bu günləri bizə yaşadan müzəffər ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik”.

Bunu APA-ya Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov deyib.

Aqil Qurbanov bildirib ki, bu mərhələdə Ağalıya 94 nəfərdən ibarət 20 ailə köçürülür, köç iki gün davam edəcək: “Bu gün Ağalıya 10 ailə - 50 nəfərdən ibarət sakin köçüb. Martın 3-də isə 10 ailə köçəcək. Köçürülənlərağır şəraitdə yaşayan, yarımçıq tikililərin, yataqxanaların sakinləridir. Onların məşğulluq işlərini də həll etmişik. Müvafiq dövlət qurumları, bu prosesi həyata keçiriblər. Sakinlər dövlət orqanlarında, xidmət sahələrində, iaşə obyektlərində, kənd təsərrüfatı sahələrində, tekstil fabriklərində işləyəcəklər. Üçüncü mərhələ də daxil olmaqla, Ağalıya 420 nəfərdən ibarət 86 ailə köçür”.

A.Qurbanov kənddə bütün infrastruktur obyektləri hazır olduğunu, məktəb, bağça, poçt, tibb xidmətlərinin, eyni zamanda ictimai nəqliyyatın istifadəyə verildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR