“Ali Məhkəmə olaraq biz də ictimaiyyətlə əlaqələrimizi genişləndirmək istiqamətində səylərimizi artırırıq”.
APA xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, Ali Məhkəmənin qərarları anonimləşdirilməklə elektron saytda dərc edilir: “Eyni zamanda, bizim mətbuat xidməti media qurumları ilə sıx əməkdaşlıq edir. Ali Məhkəmənin rəsmi elektron saytı ilə yanaşı, sosial şəbəkələrdə də hesabları fəaliyyət göstərir”.