Alman alim işğalın hüquqi nəticələrinə dair tədqiqatlar aparacaq

Hans Yoahim Hainze

© APA | Hans Yoahim Hainze

# 29 mart 2022 14:21 (UTC +04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniyanın Bohum Universitetinin Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun professoru Hans Yoahim Hainze ilə görüş olub.

Komitədən APA-ya verilən xəbərə görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev torpaqlarımızın işğaldan azad olunmasından sonra yaranmış situasiya haqqında qonağa ətraflı məlumat verib.

H.Y.Hainze ölkəmizə postmünaqişə dövrünün çağırışları və işğalın hüquqi nəticələrinə dair tədqiqatlar aparmaq üçün gəldiyini, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında bu təqdiqatların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Xatırladaq ki, professor H.Y.Hainze, eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyinin nəzdində Alman Diplomatik Akademiyasının məruzəçisidir. Onun Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı monoqrafiyası 2016-cı ildə alman dilində, BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə dair hüquqi rəyi 2020-ci ildə ingilis dilində nəşr edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR