Autizm xəstəliyinin icbari tibbi sığorta ilə əhatə olunması təklif edilib

Autizm xəstəliyinin icbari tibbi sığorta ilə əhatə olunması təklif edilib
# 10 noyabr 2022 12:04 (UTC +04:00)

“Autizm xəstəliyinin vəsait tutumu da çoxdur və icbari tibbi sığortadan kənarda qalıb. Təklif edirəm ki, bu xəstəliyin müalicəsi də icbari tibbi sığorta ilə əhatə olunsun”.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, 16 dövlət proqramı var: “Buna vəsait ayrılır. Amma bu vəsait bəs eləmir. Dövlət proqramları da icbari tibbi sığorta ilə hökmən əhatə olunmalıdır”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR