Azay Quliyev: Dağıdıcı pandemiyanın sosial-iqtisadi nəticələri ilə "mükəmməl fırtına"nın ortasındayıq

Azay Quliyev: Dağıdıcı pandemiyanın sosial-iqtisadi nəticələri ilə "mükəmməl fırtına"nın ortasındayıq
# 22 may 2023 10:43 (UTC +04:00)

Bir çox üst-üstə düşən və bir-biri ilə əlaqəli təhlükəsizlik problemləri, iqlim böhranının getdikcə kəskinləşməsi və dağıdıcı pandemiyanın hələ də davam edən sosial-iqtisadi nəticələri ilə "mükəmməl fırtına"nın ortasındayıq.

"APA-Economics" xəbər verir ki, bunu “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən konfransda Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev deyib.

"Ancaq hər böhranda bir sıra imkanlar da var. Ona görə də biz parlamentarilər bu yeni imkanları müəyyənləşdirməli və onlardan vətəndaşlarımız üçün daha yaxşı gələcək qurmaq üçün istifadə etməliyik. Bölgəmiz üçün daha yaşıl, daha davamlı, daha ədalətli və nəticədə daha təhlükəsiz bir gələcək. Güvən və hörmət üzərində qurulmuş bir gələcək bizim üçün, qonşularımız üçün və əlbəttə ki, planetimiz üçün!", - Azay Quliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR