Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib
# 09 yanvar 2022 16:32 (UTC +04:00)

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Pakistanda qar fırtınası zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin xalqına və hökumətinə başsağlığı verib.

APA bildirir ki, bu barədə məlumat nazirliyin tviter səhifəsində verilib.

Bağsağlığıda deyilir:

“Murree şəhərində qar fırtınası zamanı ekstremal hava şəraiti nəticəsində ən azı 23 nəfərin həlak olması xəbərindən dərin kədərləndik. Qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk. Allah faciə qurbanlarının ruhunu şad etsin!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR