Azərbaycanda məhkumlar videogörüş keçirə biləcək

Azərbaycanda məhkumlar videogörüş keçirə biləcək
# 18 noyabr 2022 16:55 (UTC +04:00)

Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsinə edilən dəyişiklikləri təsdiq edib.

APA xəbər verir ki, qanuna əsasən, Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib.

Qanun epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.

Bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçiriləcək. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR