Azərbaycanda mövsümi vergilər tətbiq edilə bilər

Azərbaycanda mövsümi vergilər tətbiq edilə bilər
# 23 sentyabr 2022 11:49 (UTC +04:00)

Azərbaycanda mövsümi vergilərin tətbiq edilməsinə baxılır.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O qeyd edib ki, mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı güzəştlərin edilməsi məsələsinə baxılır. S.Musayeva bildirib ki, bununla bağlı məsələ sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də baxılır: “Bu məsələdə sahibkarların da təklifi nəzərə alınır, xüsusilə mövsümi vergilərin tətbiqi ilə bağlı sahibkarların təkliflərinə baxılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR