Azərbaycanda tibbi tullantıların idarə olunması üçün fəaliyyət planı təqdim olunacaq

Azərbaycanda tibbi tullantıların idarə olunması üçün fəaliyyət planı təqdim olunacaq
# 04 mart 2023 11:36 (UTC +04:00)

“Azərbaycanda tibbi tullantıların idarə olunması üçün fəaliyyət planı təqdim olunacaq”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü deputat Soltan Məmmədov deyib.

O bildirib ki, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanın yeddi rayonunda tibbi tullantıların idarə olunmasının qiymətləndirilmə nəticələri müzakirə edilib: “Məlum olduğu kimi, Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planında tibbi tullantıların idarə olunması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub. Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB eləcə də özəl sektorun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə tibbi tullantıların idarə olunması ilə bağlı vəziyyət barədə məlumat verildi, Azərbaycandakı mövcud sistemin gücləndirilməsinə dair öhdəliklər haqqında danışılıb. Birgə təşəbbüs zəminində planlaşdırılan növbəti addımlar çərçivəsində qiymətləndirmənin nəticələri əsasında ölkədə tibbi tullantıların idarə olunması üçün fəaliyyət planının da təqdim olunacağı bildirilib”.

Deputat hazırda bir çox müalicə-profilaktika müəssisələrində və tibbi xidmət göstərən sahibkarlıq obyektlərində tibbi tullantıların zərərsizləşdirilməsi ilə bağlı ciddi problemin mövcud olduğunu qeyd edib: “Bu baxımdan, belə vacib və aktual bir məsələnin diqqətdə saxlanılması mühüm əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR