Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq sazişi MM-in plenar iclasına tövsiyə olunub

Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq sazişi MM-in plenar iclasına tövsiyə olunub
# 16 sentyabr 2022 14:44 (UTC +04:00)

Azərbaycan və Özbəkistan arasında hərbi-texniki əməkdaşlıqla bağlı saziş təsdiq olunacaq.

APA xəbər verir ki, bu, bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Deputatlar sazişi yüksək qiymətləndirib, iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini qeyd ediblər. Müzakirələrdən sonra saziş səsverməyə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Saziş 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR