Azərbaycanlı hüquq müdafiəçilərinin Ermənistanla bağlı hesabatı beynəlxalq təşkilatlara göndəriləcək

Azərbaycanlı hüquq müdafiəçilərinin Ermənistanla bağlı hesabatı beynəlxalq təşkilatlara göndəriləcək
# 14 mart 2023 11:18 (UTC +04:00)

Azərbaycana qarşı aparılan ikili standartlar qəbuledilməzdir.

APA xəbər verir ki, bunu hüquq müdafiəçisi Səidə Qocamanlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatın təqdimatına dair tədbirdə deyib.

O bildirib ki, Azərbaycanın öz torpaqlarını azad etməsi prosesindən sonra ölkəmizə qarşı təzyiqlər artıb: “Paşinyana və onun hakimiyyətinə qarşı guya jurnalistlərin dilə gətirdikləri ağır təhriflərə görə, Ermənistanda 802 nəfərə cinayət işi açılıb. Bizim hesabatımız genişdir. Bunu Avropa İttifaqına, hüquq müdafiə sahəsində beynəlxalq təşkilatlara göndərəcəyik. Bizim qonşuluğumuzda olan belə hərəkətlər heç bir Qərb siyasətçisinə və Qərb jurnalistinə Ermənistanın Qafqazın ən demokratik ölkəsi olduğunu deməyə imkan vermir. İnsanların toplaşma azadlığına, söz azadlığına mane olunur. Azərbaycanın böyük qələbəsindən sonra sabiq prezident Serj Sarkisyanın tərəfdarları həbs olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR