Baş nazir: Zəngəzur dəhlizinin açılması Azərbaycanın inkişafına böyük təkan verəcək

Baş nazir: Zəngəzur dəhlizinin açılması Azərbaycanın inkişafına böyük təkan verəcək
# 09 dekabr 2022 11:54 (UTC +04:00)

“Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası istiqamətində mühüm işlər görülüb. Yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması Azərbaycanın inkişafına böyük təkan verəcək”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa iştirakı və rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, işğaldan azad olunmuş ərazilərə verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir: "Bütün bunlar Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR