Bir qrup media nümayəndəsi Zabux kəndində olub - FOTOLENT

# 01 sentyabr 2022 12:31 (UTC +04:00)

Bir qrup KİV nümayəndəsi işğaldan azad edilmiş Laçın rayonun Zabux kəndində olub.

APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərdə jurnalistlərlə yanaşı hərbi ekspert, laçınlı hərbi qulluqçular da iştirak edir.

Media nümayəndələri ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati binalara, ermənilər tərəfindən yandırılmış meşə massivinə baxış keçiriblər.

Məlum olub ki, ermənilər Zabuxu tərk edərək meşələri yandırmaqla yanaşı, bəzi evləri tamamilə yararsız vəziyyətə salıblar.

Qeyd edək ki, ermənilər avqsutun 26-da Azərbaycanın tələbi ilə qeyri-qanuni məskunlaşdıqları Zabux kəndini tərk ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR