Bir qrup şəxs Milli Məclisin qarşısında piket keçirməyə cəhd göstərib - VİDEO

Bir qrup şəxs Milli Məclisin qarşısında piket keçirməyə cəhd göstərib - VİDEO
# 30 sentyabr 2022 17:30 (UTC +04:00)

Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup üzvü Milli Məclisin qarşısında piket keçirməyə cəhd göstərib.

APA xəbər verir ki, piket iştirakçıları, əsasən, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz bildirib, quru sərhədlərinin açılmasını istəyiblər.

Razılaşdırılmamış aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıb, hər hansı insident baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR