Bosniya və Herseqovinada Qarabağa dair kitab nəşr olunub

Bosniya və Herseqovinada Qarabağa dair kitab nəşr olunub
# 01 sentyabr 2022 12:01 (UTC +04:00)

Bosniya və Herseqovinada Qarabağa dair kitab nəşr olunub.

APA xəbər verir ki, Bosniya və Herseqovinanın Visoko şəhərində “Dağlıq Qarabağda hərb və sülh” (“Rat i Mir u Nagorno Karabahu”) kitabının təqdimat mərasimi keçirilib.

Məşhur bosniyalı jurnalist Adis Delikoviçin qələmə aldığı kitab "Topçubaşov Mərkəzi" analitik mərkəz və onun direktoru Rusif Hüseynovun töhfəsi ilə hazırlanıb. Burada müəllifin Azərbaycana, xüsusilə kütləvi dağıntıları, kabus şəhərləri, minalanmış sahələri, eləcə də müharibədən sonrakı yenidənqurma işlərini müşahidə etdiyi Qarabağa səfərləri ilə bağlı şəxsi xatirələri əks olunub. Bundan başqa, Qarabağ münaqişəsinin tarixi və cari proseslər oxuculara izah edilib.

Delikoviç kitabında uşaq ikən şahidi olduğu Bosniya müharibəsi ilə Qarabağ müharibəsi arasında müqayisələr də edib.

Kitabda Azərbaycanın tarixi, mədəniyyəti, şəhərləri və görməli yerləri ilə bağlı maraqlı məlumatlara da yer verilib.
“Dağlıq Qarabağda hərb və sülh” (Rat i Mir u Nagorno Karabahu) kitabının rəyçiləri isə 2000-2010-cu illərdə Xorvatiyanın prezidenti olmuş Styepan Mesiç, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın baş naziri olmuş Zlatko Laqumciya və BMT-də çalışan jurnalist Erol Avdoviçdir.
Kitabın müəllifi Delikoviçin doğma şəhəri Visoko bələdiyyəsinin dəstəyi ilə təşkil olunmuş təqdimat mərasiminə yerli sakinlər, xarici diplomatlar, Bosniyanın ictimai xadimləri və media nümayəndələri də daxil olmaqla 400-ə yaxın qonaq qatılıb. Tədbirdə "Tobçubaşov Mərkəzin"nin direktoru Rusif Hüseynov da iştirak edərək nitq söyləyib.
Müzakirə iştirakçıları kitab, Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın itkiləri və qələbəsi haqqında məlumat verib, həmçinin Delikoviçin 2021-ci ildə Qarabağla bağlı çəkdiyi sənədli filmi təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR