BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib - FOTO - VİDEO - YENİLƏNİB

BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib - FOTO  - VİDEO   - YENİLƏNİB
# 15 yanvar 2023 15:58 (UTC +04:00)

Səhər saatlarında Xankəndindən Laçına keçən BQXK məxsus avtomobillər geriyə Xankəndiyə qaydıb.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bu gün səhər saat 09:18 də Xankəndindən Laçına keçən BQXK məxsus beş avtomobil geri, Xankəndiyə qayıdıb. Əlavə bir yük avtomobili də Laçından Xankəndiyə keçid edib.

***

09:24

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus beş maşını Xankəndindən Laçın istiqamətinə keçidinə şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR