BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
# 30 mart 2022 12:08 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 2-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.

APA-nın xəbərinə görə, meriya mövcud epidemioloji vəziyyətlə əlaqədar respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, mitinqin keçirilməsini məqsəduyğun saymayıb.

Qeyd edək ki, Milli Şura aprelin 2-də saat 15:00-17:00-dək Bakı şəhəri, Yasamal rayonunda yerləşən keçmiş "Məhsul" stadionunda, metronun “Nərimanov” stansiyası yanındakı parkda və “Ukrayna” dairəsində mitinqin keçirilməsi üçün yer ayrılması üçün üçün BŞİH-ə müraciət edib. Milli Şura Ukraynanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirməyi planlaşdırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR