Əfv Komissiyasının iclası keçirilib - YENİLƏNİB-1

Əfv Komissiyasının iclası keçirilib - YENİLƏNİB-1
# 23 may 2022 17:28 (UTC +04:00)

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının iclası başa çatıb.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, sonuncu iclasda 100-ə yaxın müraciətə baxılıb: "Bununla da Əfv Komissiyasının iclasları bitdi. Sənədlər hazırlanıb cənab Prezidentə təqdim olunacaq".

***

15.01

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası başlayıb.

APA xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

***

09.27

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

APA xəbər verir ki, iclasda komissiyaya daxil olan bütün müraciətlərə baxılaraq sonlandırılacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

İndiyə qədər komissiya 500-dən çox müraciətə baxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR