Bu gün Laçın-Xankəndi yolunda sülhməramlıların 58 avtomobili maneəsiz hərəkət edib - FOTO - VİDEO - YENİLƏNİB-4

Bu gün Laçın-Xankəndi yolunda sülhməramlıların 58 avtomobili maneəsiz hərəkət edib - FOTO  - VİDEO  - YENİLƏNİB-4
# 12 fevral 2023 19:59 (UTC +04:00)

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn RSK-ya məxsus iki yük maşını aksiya keçirilən ərazidən maneəsiz keçid edərək Xankəndinə gedib.

Bu gün səhər saatlarından indiyədək RSK-ya məxsus ümumilikdə 58 avtomobil aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

***

14: 53

RSK-ya məxsus daha bir maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn RSK-ya məxsus iki minik, beş yük maşını aksiya keçirilən ərazidən Xankəndinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin sərbəst keçidinə şərait yaradıb.

***

14:14

Laçın istiqamətindən gələn RSK-ya məxsus maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edərək Xankəndinə gedib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, karvan bir minik, 14 yük maşınından ibarət olub.

***

12:28

Xankəndindən gələn RSK- nə məxsus 1 zirehli, 1 minik, 7 təminat maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.

Bu barədə APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir.

***

11:57

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn RSK-yə məxsus maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edərək Laçın istiqamətinə gedib.

RSK-yə məxsus maşın karvanında 16 yük maşını olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR