Ceyhun Bayramov: “Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiyaya başlanılmasının tərəfdarıdır”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 19 yanvar 2022 22:04 (UTC +04:00)

“Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının iki dövlət arasında münasibətlərin normallaşmasının mühüm elementi kimi nəzərdən keçirilir”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşdə deyib.

Nazir Azərbaycanın bu prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu bildirib.
Təəssüflə qeyd olunub ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil.

Baş katibin diqqətinə çatdırılıb ki, Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR