Deputat: Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Bakıda bir qrup jurnalistlə qapalı toplantı keçirib

Peter Mixalko

© APA | Peter Mixalko

# 17 fevral 2023 12:36 (UTC +04:00)

““Media haqqında” qanunun qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Bakıda bir qrup jurnalistlə qapalı toplantı keçirir”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Sahib Alıyev bildirib.

Sahib Alıyev deyib ki, bu toplantı Azərbaycanda söz azadlığı ilə bağlı narahatlıqdan irəli gəlmir, məqsəd başqadır: “Bu qanunda, sadəcə, tənzimləyici addımlardan söhbət gedir. Bu qanun qəbul olunana qədər müxtəlif platformalarda, o cümlədən parlamentlə geniş müzakirələr keçirilib. Bu halda dinləmə adı altında belə addımın atılmasında məqsəd nədir? O tədbirdə iştirak edənlər içərisində jurnalistikada saç-saqqal ağardan insanlar da var. Nəzərə alınmalıdır ki, xaricdəki bəzi azərbaycanlılardan söyüş məqsədi ilə istifadə edənlərin məqsədi dəyişməyib. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, bu gün Ermənistanın ölkəmizlə sərhədinə müşahidə missiyası yerləşdirilməsi adı altında atılan addımlar Azərbaycanın suverenliyinin tam təmin olunmasının qarşısının alınmasına yönəlib. O tədbirə qatılanlar da belələrinin məqsədini anlamalıdırlar”.

Spiker Sahibə Qafarova isə qaldırılan məsələnin vacibliyini vurğulayıb, bununla bağlı parlamentdə deputatın mətbuat konfransı təşkil etməsinə imkan yaradılmasını tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR