Deputat: “Azərbaycan dünya ölkələri sırasında layiqli yer tutur”

Müşfiq Cəfərli, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərli, Milli Məclisin deputatı

# 27 may 2022 18:17 (UTC +04:00)

Azərbaycan xalqı bu ildən etibarən 28 may tarixini Müstəqillik Günü kimi qeyd edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli bildirib.

Müşfiq Cəfərli deyib ki, Ulu öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırıb: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı”.

Deputat qeyd edib ki, 1920-ci il aprelin 28-də süquta uğramış Azərbaycan dövlətinin müstəqilliyi 71 ildən sonra - 1991-ci ildə SSRİ-nin dağılmasından sonra baş verən ümumi proseslər fonunda yenidən, formal şəkildə bərpa edildi: “Lakin həmin illər Azərbaycan xalqı üçün çətin və keşməkeşli illər oldu. Müstəqilliyimiz bərpa olunsa da, torpaqlarımız itirilir, bir sıra faciələrlə üzləşirdik. Bu gün regionda və dünyada gedən prosesləri gördükdə bir daha məlum olur ki, əgər o zaman xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev olmasaydı, Azərbaycan bir dövlət olaraq ümumiyyətlə dünya xəritəsindən silinə bilərdi. Ulu öndərin söylədiyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir. Heydər Əliyevin güclü siyasi iradəsi, əzmi sayəsində, eyni zamanda dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasi kurs nəticəsində xalqımız müstəqilliyini birdəfəlik möhkəmləndirə bildi. Hazırda müstəqil ölkə olaraq Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, nüfuzunun daim artması məhz Heydər Əliyevin siyasi kursunun davam etməsinin nəticəsidir. İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq səviyyədə vacib rol oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. Ən önəmlisi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il ərzində düşmənin işğal altında saxladığı Qarabağı əsarətdən xilas etdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR