Deputat: Hələ də separatçı ünsürlərin əsarəti altında olanlar qərar verməlidir

Tural Gəncəliyev

© APA | Tural Gəncəliyev

# 30 may 2023 11:25 (UTC +04:00)

“Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, hələ də separatçı ünsürlərin əsarəti altında olanlar qərar verməlidir: “Onlar Azərbaycan vətəndaşlığını qəbul edib yaşamalıdır. Hələ də Avropada Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılmasına qarşı fikir səsləndirənlər var. Onların diqqətinə çatdırmaq istəyirəm ki, bütün dünya ölkələri öz sərhədlərini qoruyursa, bu, Azərbaycanın da təbii və legitim hüququdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR