Deputat hərbçilər üçün ayrı pensiya təminatı sisteminin müəyyən olunmasını təklif edir - VİDEO

Fazil Mustafa

© APA | Fazil Mustafa

# 30 sentyabr 2022 16:08 (UTC +04:00)

“Hərbi qulluqçuların pensiyaları ayrı qanunda əks olunsun”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, əmək pensiyaları əmək fəaliyyəti ilə məşğul olan insanlara aiddir: “Hərbi qulluqçular isə əmək fəaliyyəti ilə məşğul deyillər. Onlar sərhəddə, ərazi bütövlüyümüzün qorunması üçün çalışırlar, işləri ağırdır. Bu gün Azərbaycan üçün əlahiddə sahədə fəaliyyət göstərən insanlar hərbçilərdir. Hərbçilər üçün ayrıca pensiya təminatı sistemi müəyyən edilməlidir. Hərbi qulluqçuların pensiyası məsələsinin həlli vacibdir. Son zamanlar hərbi sistemdə qanunsuzluqların baş verməsi barədə məlumatlar yayılır. Bu cinayətlər, mənimsəmələr Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən açığa çıxarılmır. Mənimsənən vəsait şəhidin qan puludur, Tərtərdə ölən hərbçinin puludur. Hərbi qulluqçulara ayrıca qanunvericiliyin tətbiqi məsələsini düşünməliyik. Təklif edirəm, buna baxaq. Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də var. Sabah təhlükə aradan qalxar, sərhədlərimizin təhlükəsizliyi təmin olunanda pensiyalar məsələsinə birlikdə baxa bilərik. Risk altında olan əsas təbəqə hərbçilərdir. Onların həyatı, yaşadığı, gördüyü işlər elə işlərdir ki, onları heç nə əvəz edə bilməz. Bununla bağlı yeni qanun layihəsi təqdim edilsin və biz bunu müzakirə edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR