Deputat: “Human Rights Watch” Ermənistanda azərbaycanlı əsirlərin orqanları çıxarıldığına görə öldüyünü açıqlamışdı” - VİDEO

Asim Mollazadə

© APA | Asim Mollazadə

# 27 may 2022 12:33 (UTC +04:00)

““Human Rights Watch” təşkilatının 1994-cü ildə yaydığı hesabatında Ermənistanda əsirlikdə olan Azərbaycan hərbçilərinin orqanları çıxarıldığına görə onların öldüyü qeyd edilmişdi”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, təşkilat bu hesabatı artıq internetdən yığışdırıb: “Həmin təşkilat o hesabatı 1994-cü ildə çap etmişdi. Lakin hazırda həmin hesabat yox olub, təşkilatın internet səhifəsində də yoxdur. Biz törədilən hərbi cinayətlərin ciddi araşdırılmasını davam etdirməliyik. Azərbaycan hüquq-mühafizə orqanları bu məsələni yenidən qaldırmalıdır, hərbi cinayətləri törətmiş erməni cəlladları məsuliyyətə cəlb olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR