Deputat Madər Musayev vəfat edib

Madər Musayev

© APA | Madər Musayev

# 14 iyul 2023 13:21 (UTC +04:00)

Deputat Madər Musayev vəfat edib.

APA xəbər verir ki, deputat 75 yaşında dünyasını dəyişib.

Deputat Fəzail Ağamalı APA-ya açıqlamasında bildirib ki, Madər Musayev 15-20 gün reanimasiyada olub.

Madər Musayev bu gün bir sıra daxili orqanlarının çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

Madər Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I, II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

"Şöhrət" və "Şərəf" ordenləri ilə, 25 noyabr 2022-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Madər Musayevin vəfatı xəbərini ilk olaraq unikal.az yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR