Deputat: “Növbəti Nobel Sülh mükafatının Prezident İlham Əliyevə verilməsi üçün prosedur başladılmalıdır”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 24 dekabr 2021 11:28 (UTC +04:00)

“İlham Əliyev adını şanlı tariximizə Qarabağın xilaskarı və Zəngəzurun memarı kimi yazdırıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

O, Prezident İlham Əliyevə Günəş ömrü arzulayıb.

Deputat Elşad Mirbəşir qeyd edib ki, dünyada sülhə ən böyük təhdid münaqişələrdir: “Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyaraq beynəlxalq sülhə çox ciddi töhfələr verib. Azərbaycan Prezidenti ərazilərimizi işğaldan azad etməklə beynəlxalq təhlükəsizliyə təhdid törədən transmilli cinayətlərin də qarşısını almış oldu. Bu günə qədər Nobel Sülh mükafatına layiq görülmüş şəxslərin fəaliyyəti ilə Prezident İlham Əliyevin fəaliyyətini müqayisə etmək heç doğru olmazdı. Prezident İlham Əliyev öz praqmatik siyasəti ilə beynəlxalq sülhə töhfə verib. Ona görə də növbəti Nobel Sülh mükafatının Prezident İlham Əliyevə verilməsi üçün prosedur başladılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR