Deputat: Prezidentin Zəfərimizin tacı olan Şuşadan müraciətinin böyük rəmzi mənası var

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 11 may 2023 12:21 (UTC +04:00)

“Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü Prezident İlham Əliyevin məhz tarixi Zəfərin tacı olan Şuşadan müraciət etməsinin böyük rəmzi mənası var. Əvvəla Prezidentin mayın 10-da Şuşadan Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. İkinci vacib məqam isə ondan ibarətdir ki, bu Zəfərinin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu və ölkənin hərtərəfli inkişafı siyasətinin uğurla davam etdirilməsi 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qələbənin əldə edilməsində başlıca rol oynadı: “Bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Beləliklə, torpaqlarımızın işğalına son qoyuldu. Bu gün isə işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən gözəl Şuşamızda quruculuq-abadlıq işləri sürətlə davam edir”.

Vüqar İskəndərovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin quruculuq işlərini Prezident İlham Əliyevin ləyaqətlə, böyük uğurla davam etdirməsi işğaldan azad edilmiş torpaqlarda görülən işlərdə də öz əksini tapır: “30 ilə yaxın dövrdə düşmən tərəfindən tamamilə dağıdılmış Qarabağın və Şərqi Zəngəzurun qısa vaxt ərzində sürətlə cənnətə çevrilməsi çox şeydən xəbər verir. Bu, bir daha sübut edir ki, dağıdıcılığı, vəhşiliyi həyat tərzi seçən Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib: İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada postmüharibə dövründə görülən işlər həm bizim qurucu xalq olduğumuzu, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir. Onu da qeyd edim ki, təkcə ötən bir neçə gün ərzində Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 10 yaşayış məntəqəsinin təməlinin qoyulması, dövlət başçısının bir çox sosial, infrastruktur obyektlərinin açılışlarında iştirakına, layihələrin gedişatı ilə yerində tanışlıq və nəzarət tədbirlərinin aparılması da deyilənlərə növbəti sübutdur. Dövlət başçısının bəyan etdiyi kimi, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR