Deputat: Qaradağlı soyqırımına hüquqi-siyasi qiymət verilməlidir

Elman Məmmədov

© APA | Elman Məmmədov

# 17 fevral 2023 11:48 (UTC +04:00)

“Qaradağlı soyqırımına hüquqi-siyasi qiymət verilməlidir”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Elman Məmmədov bildirib.

Elman Məmmədov deyib ki, Qaradağlı soyqırımı böyük faciədir: “Bu faciənin beynəlxalq aləmə çatdırılması, faciəyə hüquqi-siyasi qiymət verilməsinə nail olmalıyıq”.

Qeyd edək ki, Xocavənd rayonunun Qaradağlı kəndi 17 fevral 1992-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən işğal olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlına görə, işğal zamanı kənddə olan 116 nəfərdən 57 nəfər qətlə yetirilib. Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalıb, onlara qarşı aşkar soyqırımı həyata keçirilib, etnik təmizləmə aparılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Qaradağlı kəndinin işğalı zamanı 39 nəfər itkin düşmüş şəxs kimi axtarışdadır. Onlardan 33 nəfər kişi, 5 nəfər uşaq (oğlan), 1 nəfər isə qadındır.

Əsir-girov götürülmüş 50 nəfər (47 mülki, 2 hərbçi, 1 polis əməkdaşı) isə sonradan azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR