Deputat: Rəqabət Məcəlləsi qəbul ediləndən sonra işləmə mexanizmi qurulmalıdır

Deputat: Rəqabət Məcəlləsi qəbul ediləndən sonra işləmə mexanizmi qurulmalıdır
# 26 sentyabr 2023 12:44 (UTC +04:00)

“Bu məcəllənin qəbul edilməsi çox vacibdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmədə deputat Vahid Əhmədov deyib.

O bildirib ki, bu məcəllə inhisarçılıqla mübarizə üçün qəbul edilməlidir: ”Bu məcəllə qəbul ediləndən sonra onun işləmə mexanizmi qurulmalıdır. Bu qanunun tam işləməsi bir ilin, iki ilin məsələsi deyil. Rəqabət orqanının tabeçilik prinsipindən çox şey asılıdır. İkinci ciddi məsələ bazar payıyla bağlıdır. 50% payla bazara hökmran olmaq çoxdur, bu, 30 faizə endirilməlidir. Bazar payının 50% olması haqsız rəqabətdir”.

Komitə sədri Tahir Mirkişili isə deyib ki, rəqabət qanunvericiliyinin əsas məqsədi hansısa şirkətin bazarda qazandığı 60% payı endirmək deyil: “Bəlkə də bəzi şirkətlərin bazarda 50% payının olması dövlətin xeyrinədir. Bu qanun 50 % paya sahib olanların qanunsuzluqlara yol verməsinə mane olmaqla bağlıdır. Sanksiyalarla bunun da qarşısı alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR