Deputat: Türkan bağlarında problemlərlə bağlı dövlət qurumlarına müraciət olunacaq

Deputat: Türkan bağlarında problemlərlə bağlı dövlət qurumlarına müraciət olunacaq
# 23 iyul 2022 13:24 (UTC +04:00)

14 saylı Xəzər seçki dairəsinin deputatı Soltan Məmmədov Türkan qəsəbəsində bir qrup sakinlə səyyar görüş keçirib.

APA xəbər verir ki, bu barədə deputat sosial şəbəkə hesabında məlumat yayıb.

Deputat qəsəbə sakinlərini narahat edən problemlər haqqında fikirlərini dinləyib. Eyni zamanda, ötən müddətdə görülən işlər, həyata keçirilən layihələr, qəsəbənin abadlaşdırılması istiqamətində atılan addımlar barədə danışılıb.

“Su təchizatı, rabitə, daxili yolların təmiri və digər infrastruktur problemlərinin həlli yolları ilə bağlı fikir mübadiləsi apardıq. Səslənən təkliflər, sakinləri narahat edən məsələlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət olunacaq”, - Soltan Məmmədov qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl APA TV Türkan bağları adlanan ərazidən süjet hazırlayıb. Sakinlər xüsusən su təchizatının olmaması və digər problemlər barədə şikayət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR