Deputatlar 2020-ci ildə əldə olunan uğurları qiymətləndiriblər

Milli Məclisin binası

© APA | Milli Məclisin binası

# 30 dekabr 2021 11:46 (UTC +04:00)

“2021-ci ilin ən böyük hadisəsi Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Məmmədov deyib.

Deputat bildirib ki, ən böyük tarixi hadisələrdən biri isə Zəfər yolunun açılmasıdır: “Füzuli aeroportunun açılışı da 2021-ci ilə öz möhürünü vurdu”.

Deputat Cavid Osmanov qeyd edib ki, Azərbaycan 1 il ərzində çox böyük uğurlar əldə edib: “Eyni zamanda Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Xüsusilə diplomatiya sahəsində Azərbaycan parlamenti də çox böyük işlər gördü”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR