Deputatlar Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik ediblər

Deputatlar Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik ediblər
# 24 dekabr 2021 12:10 (UTC +04:00)

“Prezident İlham Əliyevin Azərbaycanı qüdrətli dövlətə çevrilməsi üçün atdığı addımlar öz nəticəsini verməkdədir”.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycanın milli maraqlarına xidmət edən siyasət 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinə gətirib çıxartdı.

Deputat Zahid Oruc diqqətə çatdırıb ki, Prezident İlham Əliyev təkcə torpaq savaşını və düşmənlə davanı qazanmayıb, həm də 200 ildir, məğlub olan bütün liderlərin yarımçıq qalan missiyasını qələbə ilə sona çatdırıb: “İndi Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan Elçibəyə qədər hamısı İlham Əliyevin qələbəsindən pay götürə bilər.

O, Heydər Əliyevin bioloji varisi olmaqdan çox, Azərbaycan xalqının övladıdır. Milli və siyasi öndəri olan bir ölkənin hərbi lideri yalnız müstəqillikdən 30 il sonra, 2020-ci ilin 8 noyabrında rəsmiləşdi. Müstəqillik qazanandan bu yana bir xalqın düşüncəsinə hakim kəsilən “Biz kiçik xalqıq, çünki “Böyük Ermənistan” var” deyimi tarixi qələbədən sonra “Biz böyük millətik və ermənilər zəifdir” hökmü ilə əvəzlənib”.

Deputat Azər Badamov isə Prezident İlham Əliyevin Azərbaycanı bütün dünyada ucaltdığını vurğulayıb.

Deputat Tahir Rzayev Prezident İlham Əliyevin xilaskar atanın xilaskar oğlu olduöunu deyib: “Prezident İlham Əliyev atasının vəsiyyətini yerinə yetirdi, məcburi köçkünlərə verdiyi sözü tutdu”.

Deputat Sahib Alıyev nəzərə çatdırıb ki, Prezident İlham Əliyev gördüyü işlərlə ancaq atası Heydər Əliyevlə müqayisə edilə bilər: “Heydər Əliyev Azərbaycana müstəqilliyini qaytardı, İlham Əliyev isə bunu möhkəmləndirdi. İlham Əliyev keçid dövrünün tələblərinə uyğun idarəçilik mexanizmlərini yenisi ilə əvəz etməyi bacardı. Prezident İlham Əliyev dünyanın 5-dən böyük olduğu tezisi ilə real addım atan yeganə liderdir”.

Deputat Məlahət İbrahimqızı Prezident İlham Əliyevin bu gün dünyanın çağırışlarına cavab verən lider oldğunu vurğulayıb: “O təkcə Azərbaycan və bölgəmizin deyil, həm də Avrasiyanın fenomen şəxsiyyətidir. Prezident İlham Əliyev müharibədə də beynəlxalq güclərə dərs keçdi. Ermənistan kapitulyasiya aktına imza atandan sonra Prezident İlham Əliyev “Yurdda sülh, cahanda sülh” tezisini əsas kimi götürdü, nə qədər sülhpərvər xalq olduğumuzu dünyaya göstərdi”.

Deputat Naqif Həmzəyev Prezident İlham Əliyevin Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevirdiyini bildirib: “Ölkə başçısı İlham Əliyev siyasəti, liderliyi nəticəsində Azərbaycan İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı, beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu daha da gücləndirdi, ölkəmizə olan marağı artırdı. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra isə Azərbaycan Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaratmış olacaq, Türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.

Deputat nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin Birinci və İkinci Qarabağ savaşı zamanı şəhid olmuş qəhrəmanların ailələrinə və qazilərə, müharibə veteranlarına göstərdiyi diqqət və onların sosial təminatının yaxşılaşdırılması üçün atdığı bütün addımlar ən böyük rəğbətə layiqdir.

Deputat Elman Nəsirov bildirib ki, xalq Prezident İlham Əliyevi həm də Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq olduğu üçün sevir: “44 günlük Vətən savaşından Prezident, Ali Baş komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində xalq olaraq qəddimiz düz, başımız uca oldu. Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etməyə məcbur oldular”.

Deputat Fəzail Ağamalı qeyd edib ki, Prezident İlham Əliyev 33 yaşından ulu öndərin neft strategiyasının reallaşması üçün fəaliyyət göstərib: “18 illik prezidentliyi dövründə apardığı siyasət ölkəmizin beynəlxalq nüfuzunu artırıb, xalqımızın sosial rifahını qaldırıb. Prezident İlham Əliyevi Şərqin lideri, xalqımızın milli iftixarı kimi dəyərləndirirəm. Onunla qürur duyuruq”.

Deputat Ziyafət Əsgərov qeyd edib ki, 2020-ci ildə Prezident İlham Əliyev qlobal siyasət oyunçularının aramsız təzyiqlərinə rəğmən Qarabağı işğaldan azad edib: “Hər üç statusu özündə birləşdirən ali dövləti fəaliyyətində ona uğurlar arzulayıram.

Azərbaycanın Konstitusiyasında Prezident institutu 3 statusla xarakterizə olunur. Birinci Prezident dövlət başçısıdır, ikinci icraedici hakimiyyətin başçısıdır, üçüncü Silahlı Qüvvələrin başçısıdır. Keçən 18 il ərzində Prezident İlham Əliyev hər üç statusa yeni statuslar qazandırdı. Birincisi, Prezident sübut etdi ki, Azərbaycanın siyasi həyatında ona alternativ elə onun özüdür, ikincisi, Prezident böyük informator statusu qazandı, üçüncüsü isə Prezident İlham Əliyevin adının önünə Müzəffər sözü əlavə olundu”.

Deputat Ceyhun Məmmədov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 18 ildə əsrə bərabər inkişaf yolu keçib: “Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.

Son 18 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoyub.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir. Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR