Deputatlar “Siyasi partiyalar haqqında” qanun layihəsinə dəyişikliklər təklif ediblər

Milli Məclis

© APA | Milli Məclis

# 06 dekabr 2022 12:35 (UTC +04:00)

“Siyasi partiyalar haqqında” qanunun qəbulu islahatların inkluzivliyini genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vüqar Bayramov bildirib.

Deputat hesab edir ki, plenar iclasadək layihəyə 70 düzəlişin edilməsi də demokratik müzakirə mühitindən xəbər verir. Vüqar Bayramov partiyaların sadəcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmasını da təklif edib. Deputat eyni zamanda seçkilərdə eitbarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürüləcək vəsaitin artırılmasını vacib sayıb: “2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər. Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”.

Deputat Naqif Həmzəyev deyib ki, qanun layihəsindən bəlli olur ki, 50 nəfər tərəfindən siyasi partiya təsis edilir: “Başqa bir maddədə göstərir ki, siyasi partiya qeydiyyata alınana qədər siyasi fəaliyyətlə məşğul olmaq qadağandır. Bu zaman 50 nəfər 5000 üzvü necə toplayacaq?! Məncə, bu məsələdə yumşalma olsa, ağzıgöyçəklərin də deməyə heç bir sözü qalmayacaq”.

Deputat Cavid Osmanov təsisçilərin 20 ilə qədər Azərbaycanda yaşaması şərtinin layihəyə yenidən daxil edilməsini təklif edib: “Hansısa formada bu məsələyə baxılmasını xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR