Deputatların məzuniyyəti başa çatıb, sentyabrın 30-da ilk plenar iclas olacaq

Deputatların məzuniyyəti başa çatıb, sentyabrın 30-da ilk plenar iclas olacaq
# 30 avqust 2022 08:00 (UTC +04:00)

Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb.

APA-nın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il sentyabrın 30-u cümə gününə təsadüf etdiyi üçün həmin gün parlamentin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR