Dövlət Komitəsi: Bu il Laçın, Şuşa və Zəngilan sakinlərinin qayıdışı təmin edilməlidir

Dövlət Komitəsi: Bu il Laçın, Şuşa və Zəngilan sakinlərinin qayıdışı təmin edilməlidir
# 03 fevral 2023 16:14 (UTC +04:00)

Bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir.

APA xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kollegiya iclasında bildirib.

O qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir.

Dövlət Komitəsinin sədri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm vəzifələr durduğunu, onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün imkanların səfərbər edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR